Ferdi Kadıoğlunun "Brayton"dakı ilk oyunu bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"dan Premyer Liqa təmsilçisi "Brayton"a transfer olunan Ferdi Kadıoğlu İngiltərədə böyük maraqla qarşılanıb.
BAKU.WS xəbər verir ki, 24 yaşlı futbolçunun ilk matçının tarixi və rəqibi bəlli olub.
Kadıoğlunun ilk oyunu avqustun 31-də "Arsenal"la olacaq.
"Sarı-göylü" komanda Ferdi Kadıoğlunun transfer detallarını da paylaşıb. CAP-a edilən açıqlamada, “Tərəflər peşəkar futbolçumuz Ferdi Erenay Kadıoğlunun İngiltərənin “The Brighton and Hove Albion FC” klubuna transferi ilə bağlı razılığa gəliblər. 30.000.000 avro, FIFA təlimatlarına uyğun olaraq ortaya çıxacaq həmrəylik töhfəsi The Brighton and Hove Albion FC tərəfindən ödəniləcək".
Dünyanın ən çox baxılan və ən çox izlənən liqası olan İngiltərə Premyer Liqasının rəsmi saytı da Ferdi Kadıoğlunun transferinə geniş yer ayırıb və 25 yaşlı futbolçunun ilk matçını açıqlayıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...