"Fənərbağça" "Lion"la heç-heçə etdi: İsmayıl Kartala tənqidlər artdı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu evdə Fransanın "Lion" komandası ilə 1:1 hesablı heç-heçə edib.
BAKU.WS xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Bununla da Çempionlar Liqasının əsas mərhələsinə vəsiqənin taleyi Fransada keçiriləcək cavab oyununa qalıb.
Matçdan sonra "Fənərbağça"nın baş məşqçisi İsmail Kartalın qərarları müzakirə mövzusuna çevrilib. Xüsusilə oyun ərzində etdiyi əvəzetmələr və Marko Asensionu ehtiyatda saxlaması azarkeşlərin narazılığına səbəb olub.
"Fənərbağça" tərəfdarları belə vacib qarşılaşmada Asensionun start heyətində meydana çıxmalı olduğunu bildiriblər.
İsmail Kartalın cavab matçında hansı heyətlə və taktika ilə meydana çıxacağı maraqla gözlənilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...