EYOF-də iştirak edəcək cüdoçularla görüş keçirilib FOTO
22
iyl
2019
20:48
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.ACF-dən BAKU.WS-ə verilən məlumata görə, Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, S.Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-in vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.Qeyd edək ki, EYOF-də cüdo yarışları 24-27 iyul tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.
Qalereya
Oxşar xəbərlər
Azad Rəhimov: "EYOF Azərbaycan üçün çox faydalıdır"
"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün çox faydalıdır".BAKU.WS xəbər ve...