EYOF: Azərbaycan tennisçiləri 1/16 final səddini adlaya bilməyiblər
22
iyl
2019
22:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir. Bu gün cütlər də mübarizəyə qoşulub. Azərbaycan iki cütlə təmsil olunub. Qızların yarışında Polina Drobiçeva və Alina Hüseynova 1/16 finalda korta çıxıb. Karolina Qomeslə Rakel Qonzales (İspaniya) ilə görüşən yığma üzvləri iki setdə uduzublar – 2:6, 0:6.Oğlanlardan ibarət cütlükdə mübarizəni erkən dayandırıb. 1/16 finalda qüvvəsini sınayan Kənan Qasımov və Tamerlan Əzizov cütü Daniel İvanov və Tyaqo Pereyradan (Portuqaliya) daha ağır məğlubiyyət alıb – 1:6, 0:6.Qeyd edək ki, bunadək tennisçilərimizin dördü də fərdi yarışlarda 1/32 final səddini adlaya bilməyib.
Oxşar xəbərlər
EYOF: Voleybol yığmamız məğlubiyyətlə başlayıb
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçular mübarizəyə qoşulublar.BAKU.WS-in məlumatına görə, oğlanlardan ibarət Azərbaycan milli...