Ermənilərdən Olimpiadada "aprel təxribatı" - qızıl medalları ələrindən alına bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistana qızıl medalı qazandıran güləşçi Artur Aleksanyan Rio 2016 Olimpiadasında təxribata əl atıb.
BAKU.WS-in məlumatına görə, Artur Aleksanyan mükafatladırma mərasiminə aprel döyüşlərində məhv edilmiş erməni hərbçinin şəkli olan köynəklə çıxıb.
İdmançı bununla da kifayətlənməyərək Ermənistan mətbuatına açıqlamasında qələbəsini aprel döyüşlərinin həlak olan hərbçilərə həsr etdiyini söyləyib.
Qeyd edək ki, dünyada qəbul edilən beynəlxalq qaydalara əsasən idmançı siyasi məsələlərə aid şüar və mesaj verməməlidir. İdmaçının diskvalifikasiya olunması üçün Azərbaycan tərəfi Beynəlxalq Olimpia Komitəsinə (BOK) müraciət edə bilər.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı idmançı dünya rekordu ilə olimpiya çempionu oldu
Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırı...