Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq
İdman 181

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.

BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

Məlumata görə, istintaq zamanı bu əməldə “cinayət tərkibinin olmadığı” bildirilib.

“İlkin məlumatlara görə, cinayət işi başlanmayacaq”, - deyə o, əlavə edib.

Vəkil onu da qeyd edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib, materiallar prokurorluğa göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər