Erlinq Haaland "Mançester Siti" ilə 2034-cü ilə qədər yeni müqavilə imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland klubla müqaviləsini 2034-cü ilin yayına qədər uzadıb.
BAKU.WS "The Athletic"ə istinadən xəbər verir ki, forvard daha 9,5 il bu klubda çıxış edəcək.
Mənbənin məlumatına görə, futbolçunun maaşı klubda ən yüksək olacaq. Bunun idman tarixinin ən bahalı sövdələşmələrindən biri olduğu bildirilir.
24 yaşlı Haaland bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...