Erik ten Haq "Mançester Yunayted"də 21-ci əsrin ən pis məşqçisi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-də Premyer Liqanın 3-cü turunun oyunu keçirilib və bu oyunda "Mançester Yunayted" doğma "Old Trafford" stadionunda "Liverpul"a uduzub (0:3).
Manikunianlar üçün bu görüş Erik ten Haqın rəhbərliyi ilə baş tutan 118-ci qarşılaşma olub.
BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" 54 yaşlı holland mütəxəssisin rəhbərliyi altında 69 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 34 dəfə məğlub olub.
Məğlubiyyətlərin oyunların sayına nisbətinə görə, "Mançester Yunayted" Ten Haqın rəhbərliyi altında keçirilən ümumi matçların 28,81%-ni itirib.
Bu göstəriciyə görə, o, komanda ilə 100-dən çox oyun keçirərək klub tarixinin ən pis ikinci məşqçisi adına yiyələnib.
Yalnız 1972-1977-ci illərdə Mançester klubunu çalışdırmış şotlandiyalı Tommi Doçerti daha pis göstəriciyə malikdir. Onun rəhbərliyi altında mankunianlılar 159 oyundan 51-də (32,07%) məğlub olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...