Emin Mahmudovla Ramil Şeydayev arasında söz güləşi - FOTO

Emin Mahmudovla Ramil Şeydayev arasında söz güləşi - FOTO
İdman 230

“Qarabağ”ın səfərdə “Olimpiakos”la oyunda möhtəşəm qolu ilə fərqlənən Ramil Şeydayevlə “Neftçi” klubunun kapitanı, milli komandamızın üzvü Emin Mahmudov arasında söz güləşi olub.

BAKU.WS xəbər verir ki, Mahmudov Şeydayevin instaqram hesabında etdiyi paylaşıma “Bu nə qol idi belə! Möhtəşəm, Ramil!” - şərhini yazıb.

“Qarabağ”ın hücumçusu “Çox sağ ol, Emin. Sizin komandaya da vurmaq istəyirəm”, - deyə cavab verib.

Mahmudov isə öz növbəsində Şeydayevə “bizə dəymə, Rama, bax milliyə vursan, bu, başqa məsələ", - deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "köhlən atlar" Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər