Emin Mahmudov "Neftçi"nin heyətində avrokuboklarda 10-cu qolunu vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Emin Mahmudov "Neftçi"nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat paylaşıb.
Yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Milli komandanın kapitanı "ağ-qaralar"ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Qeyd edək ki, Emin Mahmudov "Neftçi"nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...