Elvin Cəfərquliyev üçün "Qarabağ" klubuna rəsmi təklif gəlməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev üçün "Qarabağ" klubuna rəsmi təklif gəlməyib.
Bu barədə BAKU.WS-ə 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov məlumat verib.
O, oyunçunun gələcək karyerası ilə bağlı məsələyə münasibət bildirib:
"Elvin Cəfərquliyevlə bağlı açıqlanacaq bir yenilik yoxdur. Bu günə kimi rəsmi təklif gəlməyib".
Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...