Eduard Məmmədov: “1700 idmançı arasında dünya çempionuyam” - VİDEO

“Bu yarışa məqsədlə hazırlaşırdım. Öz rekordumu yeniləmək istəyirdim. 2009, 2019 və keçən ilki Avropa çempionatında iki qızıl medal əldə etmişdim. Bu il də WAKO versiyası üzrə iki növdə döyüşərək qızıl medal qazandım”.
Bunu Baku TV-yə açıqlamasında Portuqaliyanın Albufeyra şəhərində kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatında veteranların yaş kateqoriyasında iki qızıl medal qazanan Eduard Məmmədov deyib.
63 kiloqram çəki dərəcəsində “layt kontakt” və “kik layt” növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çox çətin keçdiyini bildirib:
“İki gün ərzində altı döyüş keçirdim. Birinci gün dörd, ikinci gün isə iki döyüşə çıxdım. İki versiya üzrə yarışmaq çox çətin idi. 1700 iştirakçı arasında yeganə idmançıyam ki, iki versiyada döyüşərək qızıl medal qazandım”.E.Məmmədov yarışda iştirak edən tələbələrindən də bəhs edib:
“Bu yarış mənim üçün iki qat çətin idi. Özümlə yanaşı, həm də tələbələrim də döyüşürdü. Elə olurdu ki, döyüş qurtaran kimi mən tez geyinib onlarına yanına qaçırdım, istiqamətlər verirdim”.
Ətraflı süjetdə:

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...