Dünyanın ən dəyərli idman komandalarının siyahısı
Yeniliklərdən dərhal xəbərdar olun
Forbes jurnalı dünyanın ən dəyərli 50 idman komandasının siyahısını tərtib edib. Ümumilikdə, ilk 50 komandanın dəyəri 353 milyard dollardan çoxdur və ya hər birinin orta hesabla 7,1 milyard dollardır ki, bu da 2024-cü illə müqayisədə 22% artım deməkdir.
BAKU.WS xəbər verir ki, iki komanda 10-cu yeri bölüşərək ilk 10-luğa on bir Amerika komandası daxil olub.
Onlardan yeddisi Milli Futbol Liqasından (NFL), üçü Milli Basketbol Assosiasiyasından (NBA) və biri Böyük Liqa Beysbolundan (MLB) ibarətdir.
Forbes jurnalına görə dünyanın ən dəyərli 10 komandası:
"Dallas Cowboys" (Amerika futbolu) - 13 milyard dollar
"Golden State Warriors" (Amerika basketbolu) - 11 milyard dollar
"Los Angeles Rams" (Amerika futbolu) - 10,5 milyard dollar
"New York Giants" (Amerika futbolu) - 10,1 milyard dollar
"Los Angeles Lakers" (basketbol) - 10 milyard dollar
"New York Knicks" (basketbol) - 9,75 milyard dollar
"New England Patriots" (Amerika futbolu) - 9 milyard dollar
"San Francisco 49ers" (Amerika futbolu) - 8,6 milyard dollar
"Philadelphia Eagles" (Amerika futbolu)- 8,3 milyard dollar
"Chicago Bears" (Amerika futbolu) - 8,2 milyard dollar
"New York Yankees" (beysbol) - 8,2 milyard dollar
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...