Dünya Qadın Seriyası: “Neftçi” qrup səddini adlayıb
16
sen
2023
20:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.
“Report” xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin “Yuanda” klubuna 16:12 hesabı ilə qalib gəlib.Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi “play-in”ə vəsiqə qazanıb. Bu mərhələdə “Neftçi”nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...