Dünya Qadın Seriyası: "Neftçi" Debretsen mərhələsinin yarımfinalına yüksəlib

28
avq
2023
22:27
"Neftçi" klubu Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində yarımfinala yüksəlib.
Təmsilçimiz 1/4 finalda Macarıstanın "Qyor" klubu ilə üz-üzə gəlib.
Bakı klubu əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub edib. "Neftçi"nin yarımfinalda rəqibi Macarıstan və Avstriya milliləri arasında keçiriləcək matçda müəyyənləşəcək.
Qalereya
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...
