Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib
İdman 1

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.

“Report”un məlumatına görə, yığma 1/8 final mərhələsində Portuqaliyaya qalib gəlib.

G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər.

Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər.

Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də olacaq.

Son xəbərlər