Dünya çempionu karyerasını bərpa etdiyini açıqlayıb
04
yan
2026
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya çempionu Tayson Fyuri karyerasını bərpa etdiyini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, britaniyalı boksçu bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
O, 2026-cı ildə rinqə qayıtmağa və 37 yaşında yenidən döyüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, T. Fyuri bu ilin yanvarında karyerasını bitirdiyini açıqlamışdı. O, daha əvvəl - 2013, 2017 və 2022-ci illərdə də karyerasını bitirməsi ilə bağlı açıqlama versə də, sonradan rinqə qayıtmışdı.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...