Dünya çempionatı: Zöhrab Səfərov təsəlliverici görüşdə məğlub olub

Dünya çempionatı: Zöhrab Səfərov təsəlliverici görüşdə məğlub olub
İdman 12

Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünü keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə 3:4 hesabı ilə məğlub olub.

Beləliklə, Z.Səfərov yarışı mükafatsız başa vurub.

Azərbaycan yunan-Roma güləşçiləri indiyədək 3 medal qazanıblar. Ötən gün İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər