Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
1/8 final
48 kq
Hüseyn Rzazadə – Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)
80 kq
Nihad Süleymanlı – Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)
Təsnifat mərhələsi
55 kq
Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan)
65 kq
Rəşid Nazarov – Erik Papikyan (Ermənistan)
110 kq
Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)
Qadın güləşçilərdən isə Gülxanım Şirinova (40 kq) Azzaya Battulqa (Monqolustan), Fatimə Bayramova (53 kq) isə Mariya Jitovoz (Macarıstan) ilə təsəlliverici görüşdə üz-üzə gələcəklər.
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil e
Oxşar xəbərlər
Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb
Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb. BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir...