Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.
Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.
Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Qalereya
Oxşar xəbərlər
Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub olub
Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Sabah"a məğlub olub. "Report" xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub. "Bayquşlar"ın...