Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, nazirin bu paylaşımı ilə dünən keçirilən "Zirə" - "Neftçi" matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur.
E.Əmrullayev "Neftçi"yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.
Xatırladaq ki, sözügedən oyundan sonra "Neftçi" klubu sosial şəbəkələrdə paylaşımlar edərək, 90+4-cü dəqiqədə buraxılan qolu, baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda "Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?" ifadələri yer alıb.
Qeyd edək ki, həmin epizoda etiraz etdikləri üçün baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.
Oxşar xəbərlər
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib
Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. BAKU.WS report-a istinadən xəbər...