"Dinamo"nun futbolçusu Matvey Ponomarenko: "Qarabağ"la oyuna çox ciddi hazırlaşmışıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dinamo" "Qarabağ"la oyuna çox ciddi hazırlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Dinamo"nun (Kiyev, Ukrayna) futbolçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
"Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq. Oyuna köklənməliyik. "Qarabağ" çox güclü komandadır. Ciddi şəkildə hazırlaşmışıq və çətin olacağını düşünürük", - futbolçu söyləyib.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...