DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib
21
noy
2022
22:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.
Qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və 90+9-cu dəqiqədə Devi Klassen vurublar.
Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.
Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.
Oxşar xəbərlər
DÇ-2022: Bu gün üç oyun keçiriləcək
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. BAKU.WS xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran arası...