DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb - YENİLƏNİB

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb - YENİLƏNİB
İdman 154

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

BAKU.WS xəbər verir ki, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.

***20:07

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ikinci hissə başlayıb.

BAKU.WS xəbər verir ki, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0.

***19:50

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

***19:46

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

42-ci dəqiqədə fərqlənən Yussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib.

***19:01

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər