DÇ-2026 seçmə mərhələsi: Azərbaycan və Fransa milliləri üz-üzə

DÇ-2026 seçmə mərhələsi: Azərbaycan və Fransa milliləri üz-üzə
Video
İdman 66

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində D qrupunda Azərbaycan - Fransa matçı start götürüb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Latviyadan olan hakim Andris Treymanis idarə edir.

Qeyd edək ki, son tur ərəfəsində Fransa millisi 13 xalla birinci, Azərbaycan millisi isə bir xalla dördüncüdür.

***20:56

DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.

Fransa: Lüka Şevalye, Malo Qüsto, Kefren Türam, Kristofer Nkunku, Üqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes.

Son xəbərlər