DÇ-2026 seçmə mərhələsi: Azərbaycan - Ukrayna oyununda qalib müəyyənləşmədi

DÇ-2026 seçmə mərhələsi: Azərbaycan - Ukrayna oyununda qalib müəyyənləşmədi
İdman 317

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub

***21:27

Azərbaycan milli komandası oyunda hesabı bərabərləşdirib.

İkinci hissənin 72-ci dəqiqəsində millimizin üzvü Emin Mahmudov penaltidən dəqiq zərbə endirib - 1:1.

***21:12

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.

***20:00

Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda Ukrayna seçməsi ilə üz-üzə gəlir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun başlayıb.

***19:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb.

Komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə, 9. Renat Dadaşov.

Baş məşqçi əvəzi: Ayxan Abbasov.

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 22. Mikola Matvienko, 6. İvan Kalyujnı, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 14. Oleq Oçeretko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov.

Baş məşqçi: Sergey Rebrov.

Oxşar xəbərlər

Son xəbərlər