DÇ-2026: Portuqaliya Xorvatiyaya qalib gələrək 1/8 finalda İspaniyaya rəqib olub
03
iyl
2026
07:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.
BAKU.WS xəbər verir ki, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geri dönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qansalu Ramuş (90+4) fərqləniblər.
Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...