DÇ-2026: Portuqaliya Konqo ilə, İngiltərə Xorvatiya ilə qarşılaşacaq
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında I turun növbəti oyunları keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Kriştianu Ronaldonun lideri olduğu Portuqaliya millisi K qrupunda Konqo Demokratik Respublikası seçməsini sınağa çəkəcək.
Bu qrupun digər matçı Özbəkistan və Kolumbiya arasında baş tutacaq.
L qrupunda İngiltərə millisi Xorvatiya ilə, Qana yığması isə Panama ilə üz-üzə gələcək.
DÇ-2026
17 iyun
K qrupu
I tur
21:00. Portuqaliya - Konqo Demokratik Respublikası
Baş hakim: Abdulrahman Əl-Cassim (Qətər).
Hyuston stadionu
L qrupu
I tur
00:00. İngiltərə - Xorvatiya
Baş hakim: Kleman Türpen (Fransa).
Dallas stadionu
18 iyun
K qrupu
I tur
03:00. Qana - Panama
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Toronto stadionu
L qrupu
I tur
06:00. Özbəkistan - Kolumbiya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Mexiko stadionu
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
Oxşar xəbərlər
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri bəlli oldu
"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsindəki rəqibləri bəlli olub. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" bu raundda "Dinamo...