DÇ-2026: Portuqaliya 5 qolla qalib gəldi, İngiltərə isə qolsuz heç-heçə etdi

DÇ-2026: Portuqaliya 5 qolla qalib gəldi, İngiltərə isə qolsuz heç-heçə etdi
İdman 22

2026-cı il dünya çempionatının 13-cü oyun günündə qrup mərhələsinin ikinci turu çərçivəsində dörd qarşılaşma keçirilib.

BAKU.WS xəbər verir ki, günün ən böyükhesablı qələbəsini Portuqaliya millisi qazanıb.

Portuqaliyalılar Özbəkistan yığmasını 5:0 hesabı ilə məğlub ediblər. Komandanın ulduz futbolçusu Kriştianə Ronaldo dublla yadda qalıb. Digər qolları Nunu Mendeş və Rafael Leau vurublar. Özbəkistan millisinin müdafiəçisi Nematov isə avtoqol müəllifi olub.

Kolumbiya millisi Konqo üzərində minimal hesablı qələbə qazanıb - 1:0. Oyunda yeganə qolu Daniel Munyos vurub. Maraqlıdır ki, kolumbiyalılar ilk hissədə üç dəfə rəqib qapısına yol tapsalar da, həmin qolların hamısı ofsayd səbəbindən qeydə alınmayıb.

L qrupunda İngiltərə və Qana milliləri üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0. İngilislər oyun ərzində üstün təsir bağışlasalar da, Qana müdafiəsi etibarlı çıxış edib.

Xorvatiya millisi Panama üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun taleyini həll edən yeganə qolu Ante Budimir vurub. Təcrübəli hücumçu cinah ötürməsini dəqiq tamamlayaraq komandasına üç xal qazandırıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Cənubi amerikalılar 2022-ci il mundialının finalında Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olublar. Əsas və əlavə vaxt 3:3 hesablı heç-heçə ilə başa çatmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər