DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb

DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb
İdman 67

Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.

Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.

Qeyd edək ki, DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.

*** 06:44

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda dördüncü qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.

83-cü dəqiqədə Trezeqe diqqət mərkəzinə düşüb.

*** 06:29

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda üçüncü qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabda önə keçiblər - 2:1.

67-ci dəqiqədə Məhəmməd Salah rəqib komandanın torunu silkələyib.

*** 06:21

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.

58-ci dəqiqədə Mustafa Ziko başla dəqiq oynayıb.

*** 06:04

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci hissə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

*** 05:49

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk hissə bitib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

*** 05:17

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk qol səsi eşidilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabı açıb - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

*** 05:00

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyunu başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, G qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan FIFA referisi Ömər Məhəmməd Əl-Əli idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər