DÇ-2026-da iştirak edəcək komandalardan 32-sinin adı bəlli oldu
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak edəcək 48 komandadan 32-si müəyyənləşib.
BAKU.WS xəbər verir ki, noyabrın 17-nə keçən gecə baş tutan oyunlardan sonra Norveç və Portuqaliya yığmalarının da nüfuzlu yarışda iştirakı rəsmiləşib.
İndiyə qədər aşağıdakı komandalar DÇ-2026-ya vəsiqə qazanıblar:
Turnirin ev sahibləri: ABŞ, Kanada, Meksika;
AFC (Asiya): Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan;
ACF (Afrika): Əlcəzair, Misir, Kabo-Verde, Qana, Kot`d-İvuar, Mərakeş, Seneqal, CAR, Tunis;
KONMEBOL (Cənubi Amerika): Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay, Uruqvay;
CFO (Okeaniya): Yeni Zelandiya, Avstraliya;
UEFA (Avropa): İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.
Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Oxşar xəbərlər
"Beşiktaş" Sərgən Yalçınla yollarını ayırır
Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Sərgən Yalçınla yollarını ayırmaq qərarı verib. BAKU.WS xəbər verir ki, klub prezidenti Serdal Adalı ilə keçirilən görüşd...