DÇ-2026: Bu gün İspaniya və Belçika meydana çıxacaq
Futbol üzrə 2026-cı il dünya çempionatında qrup mərhələsinin ilk turunun oyunları davam edir.
BAKU.WS xəbər verir ki, azarkeşləri bu gün və sabaha keçən gecə daha dörd maraqlı qarşılaşma gözləyir.
İlk olaraq H qrupunda mübarizə aparan İspaniya millisi Kabo-Verde yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Həmin qrupun digər matçında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun iyunun 16-da saat 02:00-da start götürəcək.
G qrupunda günün diqqətçəkən görüşlərindən biri Belçika və Misir milliləri arasında keçiriləcək. Bu qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Qrupun digər oyununda isə İran yığması Yeni Zelandiya ilə qarşılaşacaq. Matç iyunun 16-da Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
H qrupu
20:00. İspaniya - Kabo-Verde
G qrupu
23:00. Belçika - Misir
16 iyun
H qrupu
02:00. Səudiyyə Ərəbistanı - Uruqvay
G qrupu
05:00. İran - Yeni Zelandiya
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2026-da günün yekunu: Almaniya 7, İsveç 5 qol vurdu
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ən böyükhesablı qələbəsini Almaniya mill...