DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
BAKU.WS xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
***22:06
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb.
BAKU.WS xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***21:47
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***21:40
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.
***21:22
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, matçda Albert Qyudmyundsson fərqlənib.
O, 20-ci dəqiqədə adını tabloya yazdırıb.
***21:00
Bakıda 8-ci km qəsəbə stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Azərbaycan- İslandiya qarşılaşması start götürüb.
BAKU.WS xəbər verir ki, matçı Nikola Dabanoviç rəhbərliyi ilə Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.
***20:00
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub. Azərbaycan Ağırlıqqaldırma Fe...