DÇ-2026: ABŞ millisi Bosniya və Herseqovinaya qalib gələrək 1/8 finala yüksəlib
02
iyl
2026
07:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.
BAKU.WS xəbər verir ki, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.
Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...