Çempionlar Turu: Rəcəbov və Məmmədyarov qələbə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun görüşləri keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.
Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş də başa çatıb. 5-ci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir. BAKU.WS "Report"a istinadən xəbər veri...