Çempionlar Turu: Məmmədyarov bu dəfə Aronyana uduzdu

Çempionlar Turu: Məmmədyarov bu dəfə Aronyana uduzdu
İdman 401

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

36 yaşlı qrossmeyster 1/4 final mərhələsinin ilk günündə rəqibinə uduzub. Şahmatçılar birinci oyunda sülhə razılaşıb. Aronyan II və III görüşdən qalib ayrılıb. IV görüşün nəticəsi isə əhəmiyyət daşımayacaq.

1/4 final görüşləri sabah davam edəcək. Məmmədyarov rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər