Çempionlar Liqasının püşkü atıldı - “Barselona” - PSJ, “Atletiko Madrid” - “Çelsi”
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.
BAKU.WS xəbər verir ki, püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Borussiya Mönhenqladbax” (Almaniya) - “Mançester Siti” (İngiltərə);
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya);
“Atletiko Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə);
“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə);
“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya);
“Barselona” (İspaniya) - “Paris Sen-Jermen” (Fransa);
“Sevilya” (İspaniya) - “Borussiya Dortmund” (Almaniya);
“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü İstanbulda təşkil olunacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...