Çempionlar Liqasının oyunu zamanı azarkeş həbs olundu

Çempionlar Liqasının oyunu zamanı azarkeş həbs olundu
İdman 118

İspaniyanın "Atletiko" (Madrid) komandasının azarkeşi İngiltərədə "Mançester Yunayted"ə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı həbs olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna 31 yaşlı fanatın irqçilik etməsi səbəb olub. Artıq saxlanılan tərəfdara qarşı ittiham irəli sürülüb. O, ictimai asayişi pozmaqda günahlandırılır. Azarkeş yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Atletiko" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Madriddəki ilk oyunda heç-heçə (1:1) qeydə alındığından La Liqa təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər