Çempionlar Liqasında 2020/21 və 2021/22 mövsümünün final matçının məkanı bilinib
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, UEFA ən nüfuzlu klub turnirinin 2020/21 və 2021/22 mövsümünün həlledici görüşlərinin şəhərini müəyyənləşdirib.
Cari mövsümün 1/4 final mərhələsindən bütün oyunlarını Lissabona verən qitə futbol qurumu əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. 2022-ci ildəki həlledici qarşılaşma isə Sankt-Peterburqda olacaq. Mənbənin bildirdiyinə görə, UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.
Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsindən dayandırılıb. Turnirin avqustda bərpası planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...