Çempionlar Liqası: “CimBom” qrup mərhələsinə vəsiqə qazandı - VİDEO

Çempionlar Liqası: “CimBom” qrup mərhələsinə vəsiqə qazandı - VİDEO
Video
İdman 0

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Molde”ni qəbul edib. İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və “Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə “Yanq Boyz”u və Portuqaliya “Braqa”sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. “Molde” ilə yanaşı, Yunanıstan klubu “Panatinaikos” və İsrailin “Makkabi” (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

UEFA Çempionlar LiqasıPley-off mərhələsi, cavab oyunları29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66İlk oyun – 3:2

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1Qol: Bruma, 83İlk oyun – 1:2

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər