Çempionlar Liqası: "Borussiya" - PSJ matçının taleyini bir qol həll etdi - VİDEO
02
may
2024
01:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ klubunu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1-0 qələbəsi ilə bitib.
Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub.
Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.
Xatırladaq ki, ötən gün "Bayern" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.
Klublar arasında cavab oyunu mayın 8-i baş tutacaq.
Oxşar xəbərlər
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib – YENİLƏNİB-13/VİDEO
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubun...