“Çelsi” “Mançester Siti” matçında səkkiz qol vuruldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Londonda Premyer Liqanın daha bir oyunu başa çatıb. “Çelsi” “Mançester Siti”ni qəbul edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, görüş 4:4 hesabı ilə heç-heçə başa çatıb. 25-ci dəqiqədə Erlinq Holand penaltini dəqiq yerinə yetirərək “şəhərliləri” önə çıxarıb. Hələ fasiləyə qədər Tiaqo Silva və Rahim Sterlinq hesabı bərabərləşdirərək, “Çelsi”ni önə çıxarıb.
Görüşün ikinci hissəsində komandalar yenidən qol mübadiləsi aparıblar. Əvvəlcə Holand dubl edib, daha sonra isə Nikolas Cekson fərqlənib. Rodri 86-cı dəqiqədə “Siti”ni yenidən hesabda önə çıxarıb, lakin “Çelsi” Koul Palmerin penaltisinin hesabına xilas ola bilib.Pep Qvardiolanın komandası 28 xalla xalis birinci, “Çelsi” 16 xalla 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sın...