"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Champions Chess Tour: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub
İdman 24

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək.

O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər