Çexiya millisi 20 illik həsrətə son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Çexiya yığması 20 ildən sonra dünya çempionatlarında yenidən qol sevinci yaşayıb.
BAKU.WS xəbər verir ki, Miroslav Koubekin rəhbərlik etdiyi komanda DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Cənubi Koreya ilə qarşılaşmada fərqlənib.
Matçın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi baş zərbəsi ilə rəqib qapısına yol taparaq hesabı açıb. Bununla da Çexiya millisi dünya çempionatlarında iki onillik davam edən qol həsrətini sona çatdırıb.
Çexiya yığması sonuncu dəfə 2006-cı il mundialında qol vurmuşdu. Həmin turnirdə komanda ABŞ millisini 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...