Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı

Çempionlar Liqasında pley-offun cavab oyunları: Fənərbağça Liona qarşı
İdman 29

UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsində növbəti cavab oyunları keçiriləcək.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə bu gün dörd cavab qarşılaşması baş tutacaq.

Gecənin maraqla gözlənilən görüşlərindən birində Fransanın "Lion" klubu Türkiyə nəhəngi "Fənərbağça"nı qəbul edəcək. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Günün digər matçlarında isə AEK "Levski Sofiya"nı, "Vikinq" "Dinamo Zaqreb"i, "Selye" isə "Slovan"ı sınağa çəkəcək. İlk görüşlərdə müvafiq olaraq 0:0, 2:2 və 1:1 hesablı heç-heçələr qeydə alınıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

26 avqust

23:00. "Lion" - "Fənərbağça" (ilk oyun 1:1);

23:00. AEK - "Levski Sofiya" (ilk oyun 0:0);

23:00. "Vikinq" - "Dinamo Zaqreb" (ilk oyun 2:2);

23:00. "Selye" - "Slovan" (ilk oyun 1:1).

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər