Çempionlar Liqasında həlledici gecə: "Barselona" qisas matçına çıxır - AFİŞA
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında bu gün mövsümün ən gərgin mərhələlərindən biri start götürür.
BAKU.WS xəbər verir ki, 1/4 finalın cavab qarşılaşmaları çərçivəsində ilk yarımfinalçıların adları müəyyənləşəcək.
Gecənin ən maraqla gözlənilən oyunlarından birində "Atletiko Madrid" öz meydanında "Barselona" ilə üz-üzə gələcək. İlk qarşılaşmada səfərdə 0:2 hesabı ilə uduzan kataloniyalılar bu dəfə Madrid səfərində möcüzəvi geri dönüş etməyə çalışacaq. Dieqo Simeonenin komandası isə azarkeşləri önündə üstünlüyünü qoruyaraq yarımfinala yüksəlmək niyyətindədir.
Digər cütlükdə isə "Liverpul" doğma "Enfild" stadionunda PSJ klubunu qəbul edəcək. İlk oyunda səfərdə 0:2 hesablı məğlubiyyət alan ingilislər çətin vəziyyətə düşsə də, öz meydanlarında möhtəşəm geri dönüşləri ilə tanınırlar. Buna baxmayaraq, son Çempionlar Liqasının qalibi olan PSJ cütün favoriti kimi göstərilir.
Oyun cədvəli (14 aprel):
23:00 - "Atletiko Madrid" - "Barselona" (ilk oyun: 2:0)
23:00 - "Liverpul" - PSJ (ilk oyun: 0:2)
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki cavab qarşılaşması sabah keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...