Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub

Çempionlar Liqası: Sabah təsnifat mərhəsinin ən intizamlı komandası olub
İdman 20

"Sabah" UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin ən intizamlı komandası olub.

AZƏRTAC xəbər verir ki, mübarizəyə I raunddan başlayan Azərbaycan təmsilçisi pley-off da daxil olmaqla, keçirdiyi 8 oyunda 12 sarı və 1 qırmızı vərəqə alıb.

İkinci yerdə Bolqarıstanın "Levski" (8 oyun, 14 sarı vərəqə), üçüncü yerdə isə Litvanın "Jalqiris" (6 oyun, 12 sarı vərəqə) klubu qərarlaşıb.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər