Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb

12
avq
2025
16:54
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.
Ağdam klubundan BAKU.WS-ə verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.
Oxşar xəbərlər
AFFA prezidenti: "Qarabağ"a yeni qələbələr diləyirəm"
AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, b...
