"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

Qarabağ UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib
Video
İdman 391

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

***22:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda beşinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıbılar.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirib.

***21:56

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab yenidən bərabərləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər -2:2.

55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

***21:29

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda Ağdam təmsilçisi önə çıxıb.

45-ci dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.

***21:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi "status-kvo"nu bərpa edib - 1:1.

25-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***20:57

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.

14-cü dəqiqədə Qabriel Kaniçovskiy fərqlənib.

***

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün keçirilən cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlir.

BAKU.WS xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürüb.

Son xəbərlər