"CBC Sport"un şərhçisinin biabırçı məğlubiyyətlə bağlı sözləri rekord qırır - VİDEO

12
iyn
2019
16:34
Azərbaycan millisinin Slovakiya ilə oyunda böyük hesablı məğlubiyyəti geniş müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, matçla bağlı ən kəskin tənqidlərdən birini "CBC Sport" kanalının şərhçisi Rüstəm Əfsərli edib. Şərhçi millinin meydançada mübarizə aparmadığını vurğulayıb: "Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidir? Üzr istəməli olanlar futbolu, məşqçi və məşqçilər korpusudur. Sən kimə olur olsun bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdır. Başqa heç bir bəhanə qəbul edilməzdir". "CBC Sport" kanalının şərhçisi Rüstəm Əfsərlinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun bu şərhinin videosu hazırda minlərlə baxış toplayır və izlənmə rekordları qırır. Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya ilə qarşılaşıb. Qarşılaşmadan qonaqlar 1:5 hesablı qələbə ilə ayrılıb.
Oxşar xəbərlər
Kuçka: “Azərbaycan millisinin qapısından vurduğumuz qədər də top keçirə bilərdik”
“Hər dəfə qol vuranda gözəl hisslər yaşayırsan. Azərbaycanla səfər matçında uzaq zərbədən sonra rəqib qapısının torunu silkələdim”.BAKU.WS APA-ya istinadla xəbə...